Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammiti davamlılıq baxımından rekord vurub.
“RİA Novosti” xəbər verir ki, bu, son bir neçə ildə keçirilmiş ən uzunmüddətli sammitdir.
Belə ki, Aİ liderləri artıq 17 saatdan çoxdur müxtəlif formatlarda danışıqlar aparırlar. Danışıqların mövzusu Avropa İttifaqında əsas vəzifələrə təyinatlardır.
Qeyd edək ki, əvvəlki rekord 2017-ci ildə müəyyənləşdirilib. Həmin vaxt Yunanıstanın borc problemi üzrə keçirilmiş sammitdə 17 saat danışıqlar aparılmışdı.