ÇıxışYolu.Com - Aleyna Tilki Bakıda konsert verdi

ÇıxışYolu.Com – Aleyna Tilki Bakıda konsert verdi

Baxış sayı: 2. 914 dəfə baxılıb.

ÇıxışYolu.Com - Aleyna Tilki Bakıda konsert verdi

Türkiyəli pop müğənni  Aleyna Tilki  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala qapısında, xalq konsertləri çərçivəsində solo konsert proqramı ilə çıxış edib.

ÇıxışYolu.Com xəbər verir ki, pop ulduz ilk olaraq “Sen olsan bari” mahnısını ifa edib. Bundan əlavə, Aleyna həmkarı Gülşənin repertuarından “Bangır, bangır” mahnısına müraciət edib.

Açıq havada təşkil olunan konsertdə Aleyna repertuarında olan sevilən və hit mahnıları arda-arda düzüb. Türkiyəli ifaçının səhnədəki perfomansı və cəsarətli rəqsləri paytaxt sakinləri ilə yanaşı turistlərə də əyləncə dolu anlar yaşadıb. 

Qeyd edək ki, Aleyna Tilki Türkiyədə qısa müddətdə şöhrət tapıb. İfaçı ötən il İstanbulda ənənəli şəkildə keçirilən 45-ci “Altın Kələbək” mükafatatlandırma mərasimində “Ən yaxşı qadın müğənnisi” nominasiyası üzrə mükafata sahib olub. 

Rəşad Əliyev

Hüseyn Həsənov