Almaniyanın Leffingen şəhərində ucaldılmış 23 metrlik “Qartal uçuşu” karuselini svastikaya bənzədiyinə görə bağladılar.
SWR teleradio şirkəti karuselin iyulun əvvəlində açıldığını bildirir.
O zaman karuselin qanadlarının svastikaya bənzədiyinə heç kim fikir verməyib. Artıq avqustda istifadəçilər onun Almaniyada qadağan olunmuş işarəyə oxşadığından şikayətlənməyə başlayıblar.
Əyləncə parkınin işçiləri oxşarlığı əvvəlcədən görmədikləri üçün üzr istəyiblər. Hazırda karuselin yeni dizaynı işlənilir.