ÇıxışYolu.Com - Altı il əvvəl arvadını öldürüb, su hövzəsinə atıb - Dəhşətli cinayətin üstü açıldı

ÇıxışYolu.Com – Altı il əvvəl arvadını öldürüb, su hövzəsinə atıb – Dəhşətli cinayətin üstü açıldı

Baxış sayı: 4. 260 dəfə baxılıb.

ÇıxışYolu.Com - Altı il əvvəl arvadını öldürüb, su hövzəsinə atıb - Dəhşətli cinayətin üstü açıldı

2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb. 

2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.