Amerikalı kantri-müğənni Kayli Rey Harris üç avtomobilin iştirakı ilə baş verən qəzada həlak olub.
Qəza 4 sentyabr tarixində Nyu-Meksiko ştatında baş verib. Kaylidən başqa sükan arxasında olan 16 yaşlı qızı da qəzada həlak olub. Üçüncü avtomobilin sürücüsü xəsarət almayıb.
İlkin məlumata əsasən, sürücülərdən biri sərxoş olub. Harrisin altı yaşlı Korbi adlı qızı var.
Məlum olub ki, müğənni Taos şəhərinə gedirmiş. Yolda o, “Instagram” izləyicilərinə bu şəhərdə doğmalarının yaşadığını, amma atası da daxil olmaqla, hamının dünyasını dəyişdiyini, sadəcə əmisinin sağ qaldığını bildirib.
İfaçı uşaq vaxtı bu şose yolunda avtomobil qəzasına düşdüyünü xatırlayıb. O, arxa oturacaqda yatdığı vaxt atası maşınla inəyi vurub. Bu hadisəni danışan Harris göz yaşlarını saxlaya bilməyib.
Müğənninin qəzaya düşməsi barədə məlumatı agenti “Bilboard”a təsdiqləyib.
O, baş verənlər barədə əlavə məlumat verməyib və Harrisin doğmalarını narahat etməməyi xahiş edib.