ÇıxışYolu.Com – Amsterdam aeroportunda silahlı şəxslər təyyarəni ələ keçirib

Baxış sayı: 1. 846 dəfə baxılıb.

ÇıxışYolu.Com - Amsterdam aeroportunda silahlı şəxslər təyyarəni ələ keçirib

Amsterdamın “Sxipxol” aeroportunda bıçaqlı şəxslər təyyarəni ələ keçirməyə çalışıblar. Bu barədə “The Sun” “Twitter” istifadəçilərinə istinadla məlumat verir.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, silahlı şəxslər beynəlxalq reysi ələ keçirməyə çalışıblar. Deyilənə görə, hadisə “ Air Europe” aviaşirkətinin Madridə olan reysində baş verib.  

Öz növbəsində Hollandiyasnın jandarmeriyası da aeroportda şübhəli vəziyyətlə bağlı məlumat verib.    

“The Sun” bildirir ki, təyyarənin bortunda ən azı 27 nəfərin olması ehtimalı var.  

Daha sonra polis ekipaj üzvlərinin və sərnişinlərin təyyarəni tərk etdiyi xəbərini verib.