Türkiyənin Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.
Bayburtda, Soğanlı Dağında yol çəkilişini izləyən jurnalist mayın 10-da dərəyə düşmüşdü.
Bir həftə əvvəl jurnalistin axtarışları zamanı xilasetmə işlərində iştirak edən iki hərbçi də həlak olmuşdu. Onun fotoaparatı və ayaqqabısı tapılsa da, özünü tapmaq mümkün olmamışdı.
Nəhayət bu gün xilasedicilər çətin keçilən qayalıqların arasından Nişancının cəsədini tapıblar.