ÇıxışYolu.Com - ANAMA hesabat yaydı: 10 rayonda 15 əməliyyat

ÇıxışYolu.Com – ANAMA hesabat yaydı: 10 rayonda 15 əməliyyat

Baxış sayı: 2. 850 dəfə baxılıb.

ÇıxışYolu.Com - ANAMA hesabat yaydı: 10 rayonda 15 əməliyyat

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqust ayı üzrə hesabatını açıqlayıb.

ANAMA-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, 2019-cu ilin avqust ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılmış, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 462 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 536 877 454 m² (53 687,75 ha) ərazi təmizlənmiş, 804 269 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Avqust ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – üç, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 11, Dövlət Sərhəd Xidmətindən (DSX) – dörd müraciət daxil olmuşdur.

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Bərdə, Qazax, Tərtər rayonları və Lənkəran şəhəri ərazisində 5900 kv.m ərazi yoxlanılmış, 132 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 135 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

2019-cu ilin avqust ayı ərzində Tərtər rayonun Təzəkənd kəndi ərazisində əl qumbarasının partlaması nəticəsində 1 nəfər həlak olmuş və 1 nəfər ağır dərəcəli bədən xəsarətləri almışdır.