ÇıxışYolu.Com - Anar Mədətov boşanmamış, ikinci dəfə evləndiyini açıqladı

ÇıxışYolu.Com – Anar Mədətov boşanmamış, ikinci dəfə evləndiyini açıqladı

Baxış sayı: 2. 813 dəfə baxılıb.

ÇıxışYolu.Com - Anar Mədətov boşanmamış, ikinci dəfə evləndiyini açıqladı

Mən mülk davası etmirəm, qarşı tərəf edir. Hər şeyimi uşaqlarıma vermişəm, hətta xaricdə belə olan mülklərim onlarındır. Övladlarımın arxasında da dayanıram. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri şəxsi həyatı ilə bir neçə gündür ölkə mətbuatının gündəmini zəbt edən məşhur prodüser Anar Mədətov dilə gətirib. 

Mədətov “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində keçmiş həyat yoldaşı ilə ayrılıq xəbərlərindən və stilist Samirə Abbasova ilə nişanlaması barədə danışıb. 

“Mən sevmişəm, evlənmişəm və özümü xoşbəxt hiss edirəm. Evləndiyim xanımı çoxdan tanıyıram. Əvvəl dost olmuşuq. Keçmiş xanımım isə insanlardan xahiş edir ki, məni təhqir etsinlər. Heç kim yazıq deyil. Nə olursa, yaxşılığa doğru olur”. 

Məşhur prodüser keçmiş həyat yoldaşı Elnurə Mədətovaya dəstək olan şou əhlinə də cavab verib:

“Müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimova mənim barəmdə sosial şəbəkədə pis rəylər yazır, aparıcılara zəng vurur ki, Anarı biabır edin.

Öz problemlərinizi həll edin, toyunuzda baş verənləri unutmayın. Gördüm ki, onu başa sala bilmirəm, həyat yoldaşına zəng vurdum.

Müğənni Aysel Əlizadə və digər sənət insanları da hər yerdə əleyhimə pis rəylər yazır”. 

Qeyd edək ki, prodüser Anar Mədətov ilk dəfə efirdə ikinci dəfə evləndiyini etiraf etsə də, o, keçmiş həyat yoldaşı Elnurə Mədətova ilə hələ rəsmi şəkildə boşanmayıb. Anar Mədətovun prodüser Elnurə Mədətova ilə evliliyindən iki övladı var.

46 yaşlı Mədətovun həyat yoldaşı, vizajist Samirə Abbasova özündən 11 yaş kiçikdir. 

Rəşad Əliyev