ÇıxışYolu.Com - Ancelina Coli və Bred Pitt boşandı

ÇıxışYolu.Com – Ancelina Coli və Bred Pitt boşandı

Baxış sayı: 3. 043 dəfə baxılıb.

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt rəsmən boşanıblar.

Rəsmi sənədləri əldə edən “The Blast” portalı bu barədə məlumat yayıb.

Məhkəmə aktyorların irəli sürdükləri “subay”lıq statusunu 12 aprel tarixindən bərpa edib. Qərara əsasən, cütlük rəsmən boşansalar da, onlar razılıq əsasında uşaqlara himayədarlıq edə bilərlər və əmlaklarını birlikdə bölə bilərlər. Bu prosess hələ bir neçə ay sürəcək. 

ÇıxışYolu.Com - Ancelina Coli və Bred Pitt boşandı

A.Coli və B.Pitt aralarında yaşanan gərginliyə görə razılaşmadan əvvəl boşanma prosesini sona çatdırmaq qərarına gəliblər. 

Qeyd edək ki, onlar 2005-ci ildə “Mister və Missis Smit” filminin çəkilişində tanış olublar. Tezliklə ulduzların Şaylo adında qız övladları, 2008-ci ildə isə əkizləri dünyaya gəlib. 

ÇıxışYolu.Com - Ancelina Coli və Bred Pitt boşandı

Onlar 2014-cü ilin avqust ayında Fransanın Miraval qəsrində evləniblər. Cütlük ayrı-ayrı vaxtlarda daha üç uşağı övladlığa götürüblər. 

ÇıxışYolu.Com - Ancelina Coli və Bred Pitt boşandı

2016-ci ilin sentyabr ayında cütlük ayrılmaq üçün məhkəməyə müraciət edib. A.Colinin bu addımı atmasının başlıca səbəbi B.Pittin uşaqları düzgün tərbiyə etməməsindən irəli gəlib. Aktrisa uşaqlarına tək himayədarlıq etmək istəyib. 

ÇıxışYolu.Com - Ancelina Coli və Bred Pitt boşandı

Rəşad Əliyev