Rusiyanın “Matç” TV kanalının aparıcısı gözlənilməz hadisə ilə üzləşib.
ÇıxışYolu.Com xəbər verir ki, sözügedən kanalın tanınmış aparıcısı Kristian Bistroviç futbol matçını şərh etmək üçün arenadan canlı bağlantıya qoşulub.
Bu anda meydanın ot örtüyünü hazır vəziyyətə gətirmək üçün avtomatik su şlanqları işə düşüb.
Kristian təzyiqlə vurulan suyun ona çatmasına az qalmış cəld şəkildə mətni telefonundan oxumağa başlayıb. Sözarası isə o, “mən elə indi tamamilə islanacağam” deyərək canlı efiri davam etdirib. Lakin aparıcı mətni oxuyub başa çatdırmamış islanıb. Özünü itirməyən Bistroviç islanmağına rəğmən, mətni sonadək oxuyub.
Bu anlar “Matç” TV-nin canlı yayımında nümayiş olunub.
Kadrlar sosial mediada maraqla qarşılanıb.
Rəşad Əliyev