Tanınmış aparıcı Mətanət Əliverdiyevanın başına xoşagəlməz iş gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, M.Əliverdiyevanın adından “İnstagram”da saxta profil yaradılıb və insanların ünvanına təhqirlər yazılıb. Aparıcı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyi haqqında “İnstagram” vasitəsilə videomesaj yayımlayıb:
“Bəzən valideynlər uşaqlarına nəzarət etmirlər. Onlar uşaqların sosial şəbəkədə nə etdiyinin fərqinə varmırlar. Dostlarımdan biri zəng etdi ki, mənim adımdan fan-səhifə yaradılıb. Başqa paylaşımlara xoşagəlməz rəylər yazırlar.
Heç kimə rəy bildirmirəm, Mətanət xoşniyyətlidir. Valideynlər, baxın uşaqlarınız nə ilə məşğuldur. Diqqətli olun, o, mən deyiləm. Bununla bağlı polisə müraciət edəcəyəm”.
Rəşad Əliyev