“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in düşərgəsində gərginlik hökm sürür.
ÇıxışYolu.Com xəbər verir ki, Nikosiya klubunun rəhbərliyinin komandaya yeni köməkçi-məşqçi Luk Hacilukası təyin etməsi klubun baş məşqçisi Tomas Dolun narazılığına səbəb olub.
Belə ki, Dol yeni köməkçi-məşqçi istəməsə də, klub rəhbərliyi buna məhəl qoymayıb və təyinatı reallaşdırıb. Bundan sonra almaniyalı mütəxəssis istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.
Qeyd edək ki, APOEL Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində noyabrın 7-də Nikosiyada “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu oyundan öncə keçirilən mətbuat konfransında Tomas Dol “yorğun olduğunu, oyundan sonra güləcəyini” deyib.