İngiltərə Premyer Liqasında XXXIV turun son oyununda “Uotford” “Arsenal”ı qəbul edib.
Görüşün taleyini bir qol həll edib.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan London klubu səfərdə1:0 hesabı ilə qələbə qazanıb. Bu onların mövsüm ərzində 20-ci qələbə sevinci olub.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 20-22-də keçiriləcək. Ayın 16-da isə təxirə salınmış “Brayton” – “Kardiff” görüşü baş tutacaq.