ÇıxışYolu.Com - Aşıq Əlidən Elnarəyə cavab: Heç kim mənə “qələt edirsən” deyə bilməz

ÇıxışYolu.Com – Aşıq Əlidən Elnarəyə cavab: Heç kim mənə “qələt edirsən” deyə bilməz

Baxış sayı: 5. 273 dəfə baxılıb.

ÇıxışYolu.Com - Aşıq Əlidən Elnarəyə cavab: Heç kim mənə “qələt edirsən” deyə bilməz

Ötən axşam Xəzər TV-də yayımlanan “Ay Zaur” proqramında qalmaqallı anlar yaşanıb. Verilişin qonağı olan Aşıq Əli Quliyev efiri yarımçıq tərk edib.

ÇıxışYolu.Com xəbər verir ki, sözügedən proqramın aparıcısı Zaur Kamal aşığa Əməkdar artist Elnarə Abdullayeva ilə aralarındakı küsülülüklə bağlı sual verib. Aşıq Əli isə bu mövzu ətrafında danışmaqdan boyun qaçırıb.

Daha sonra Zaur Elnarə ilə telefon bağlantısı yaradaraq məsələyə aydınlıq gətirmək istəyib. E.Abdullayeva məsələdən xəbərsiz olduğunu bildirib:

“Mən heç kimdən küsməmişəm, inciməmişəm. Mən elə öz aləmimdə, öz işimdə-gücümdəyəm. Mənimçün kiminsə məndən inciməyinin heç bir fərqi yoxdur. Əvvəla, Əli uşaqdır, mən hara, Əli hara? Əli qələt edir, məndən inciyir. Mən bir az tez tərpənsəydim, Əli boyda uşağım olardı. Ayıb deyil? Əli ilə dalaşmaq mənim yaşıma-başıma uyğun deyil”.

Elnarənin Əliyə uşaq deməsi aşığı özündən çıxarıb. Aşıq xanəndəyə: “Uşaq deyiləm, böyüyəm. Özünü çox yekə aparma”, – deyərək mikrofonu çıxarıb, studiyanı tərk edib. Zaur Kamal Əlini studiyaya geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Verilişin davamı bir gün sonra lentə alınıb.

Məsələ ilə bağlı ÇıxışYolu.Com-ın əməkdaşı Əməkdar artist Elnarə Abdullayeva ilə əlaqə saxlayıb. O, aşıq Əli Quliyevlə aralarında yaşanan inciklikdən xəbəri belə olmadığını dilə gətirib:

“Əli mənim uşağım yaşdadır. Mənim onunla nə problemim ola bilər ki? Ümümiyyətlə, tək Əli yox, bütün sənət insanları ilə heç vaxt problemim olmayıb. Kimləsə ağıza-ağıza verib, savaşan xarakterə malik deyiləm. Əliyə mənim pisliyim yox, həmişə yaxşılığım dəyib. 2015-ci ildə konsertimdə onu hətta səhnəyə də dəvət etmişəm. Ona dəstək olmuşam. Ailəsi ilə də çox yaxınam. Onun ailəsi elə bil öz ocağımdır. Əgər Əli nədənsə inciyibsə, mənim xəbərim yoxdur. Ortada heç bir söhbət belə yoxdur”.

Əlinin verilişi tərk etməsi məsələsinə gələndə E.Abdullayeva əsəbləşərək, etirazını bu cür bildirib: 

“Bunlardan çox görmüşəm. Görə-görə gəldik, görə-görə də gedirik. Orada-burada haqqımda xoşagəlməz sözlər danışırlar. Deyirlər ki, Elnarə oxuya bilmir. Gedin, hələ Elnarə kimi konsertlər verin, başqa heç bir şey istəmirəm. İnsan Allah rizası üçün yaşamalıdır. Mən əgər sənə qarşı nəsə etmişəmsə, Allah mənə qənim olsun. Mən milyon yarım pul xərcləyib məscid və bulaq tikdirmişəm. Azərbaycan musiqi tarixində hamınız yığılın, bircə dənə Elnarə olun. Mən elədiyimi eləyin, başqa şey danışmayın, iş görün. Mənim heç kimdə gözüm yoxdur”.

Redaksiyamızın əməkdaşı ilə söhbətində Aşıq Əli Quliyev Elnarə Abdullayeva ilə aralarında yaşanan söz-söhbətin çözüldüyünü bildirsə də, “heç kim mənə “qələt edərsən” sözünü deyə bilməz” ifadəsi ilə məsələyə nöqtə qoyub:

“Elnarə ilə öz aramızda olan məsələdir. Sosial şəbəkələrdə Elnarənin mənə “qələt eləmisən” deməsi paylaşılıb, müzakirə olunur. İstəyir Elnarə olsun, istəyir başqa birisi, heç kim mənə “qələt edərsən” sözünü deyə bilməz. “Qələt” sözü elə də böyük söz deyil. Kim bilmirsə izahını verim ki, “qələt” səhv deməkdir. Elnarə ilə heç bir incikliyim də yoxdur, münasibətimiz də normaldır. O qadındır, mən isə kişi. Mənim mədəniyyətim və əqidəm icazə vermir ki, qadınla mübahisə edim. Özü bilər, Allahı bilər”.

Rəşad Əliyev