ÇıxışYolu.Com – Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı

Baxış sayı: 3. 094 dəfə baxılıb.

ÇıxışYolu.Com - Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı

İspaniyanın “El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən “WikiLeaks”in yaradıcısı Culian Assanjın videogörüntülərini yayıb.

 Görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanj burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı.

Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib. 

“O duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanj səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi”, – deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.