ÇıxışYolu.Com - Astarada “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir

ÇıxışYolu.Com – Astarada “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir

Baxış sayı: 3. 505 dəfə baxılıb.

ÇıxışYolu.Com - Astarada “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir

Astarada “Təmiz hava” aylığı çərçivəsində polis əməkdaşları tərəfindən profilaktiki reyd keçirilib. Reyd zamanı və sonra sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

ÇıxışYolu.Com-ın Cənub burosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçələrdə profilaktiki reyd təşkil olunub. Reyddə ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi barədə nəqliyyat vasitələrinin sürücülərinə müvafiq məlumatlar verilib.

Eyni zamanda istismar müddəti bitmiş, hər an nasazlıq yarana biləcək, həmçinin ətrafdakı nəqliyyat vasitələri və piyadalar üçün təhlükələrə səbəb olacaq minik avtomobillərinin və mikroavtobusların sürücüləri saxlanılıb. Onların diqqətinə çatdırılıb ki, avtomobillərinin yanacaq sistemini tənzimləməlidirlər  və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməlidirlər.

Bununla yanaşı uzun müddət yaşayış binalarının və digər obyektlərin qarşısında, yolların kənarında saxlanılmış nəqliyyat vasitələrinin də həmin ərazilərdən götürülməsi ilə bağlı müvafiq tədbirlər görülüb. Sözügedən nəqliyyat vasitələrinin sahibləri ilə profilaktiki söhbətlər aparılıb. Reyddən sonra sərnişin daşımalarını həyata keçirən sürücülər üçün “Astara-Nəqliyyat” ASC-də maarifləndirici tədbir keçirilib.

Qeyd edək ki, “Təmiz hava” aylığı aksiyası aprel ayının 28-dək davam etdiriləcək.