ÇıxışYolu.Com - Atasından qalan avtomatı təhvil verməyən şəxs tutuldu

ÇıxışYolu.Com – Atasından qalan avtomatı təhvil verməyən şəxs tutuldu

Baxış sayı: 5. 919 dəfə baxılıb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar ediliməsi məqsədilə əməliyyat keçirilib.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “AK” markalı avtomat silah, bir ədəd patron darağı və doqquz ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı Maarif Kərimov barəsində 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

İlhamə Əbülfət