Avro-2020-nin seçmə mərhələ vasitəsilə vəsiqə qazanan bütün iştirakçılarının adlarına aydınlıq gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, 20-ci iştirakçı Uels millisi olub.
Aaron Remzinin qolları ilə Macarıstana 2:0 hesabı ilə qalib gələn Uels millisi E qrupunun ikincisi kimi Avropa çempionatına vəsiqə qazanıb. Beləliklə, İngiltərə, Çexiya, Portuqaliya, Ukrayna, Hollandiya, Almaniya, İsveçrə, Danimarka, Xorvatiya, Uels, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya yığmalarının qitə çempionatında iştirakı dəqiqləşib.
Bu nəticələrdən sonra UEFA Millətlər Liqasının pley-offçularının adlarına da aydınlıq gəlib. Son dörd komandanın adını məhz bu turnirdən sonra biləcəyik.
Həmin komandalar bunlardır: İslandiya, Bolqarıstan, Macarıstan, İsrail, Rumıniya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Slovakiya, İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Gürcüstan, Belarus, Şimali Makedoniya, Kosovo.
Bu komandalar dörd divizion (A, B, C və D) üzrə yarımfinal görüşlərinə çıxacaqlar. Yarımfinal görüşləri martın 26-da keçiriləcək. Martın 31-də isə final görüşləri baş tutacaq. Məhz bu finallardan sonra dörd xoşbəxt komandanın adı bilinəcək.
Qeyd edək ki, AVRO-2020-nin A qrupunun üç oyunu və bir 1/4 final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi Musayev