ÇıxışYolu.Com – Avropa Oyunlarında iştirak edəcək idmançılarımız

Baxış sayı: 3. 788 dəfə baxılıb.

ÇıxışYolu.Com - Avropa Oyunlarında iştirak edəcək idmançılarımız

Azərbaycanı gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında təmsil edəcək idmançıların adlarına aydınlıq gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, 11 idman növü üzrə 80 idmançı ilə II Avropa Oyunlarında təmsil olunacağıq.

Heyətdə bəzi dəyişikliklər var. Belə ki, 62 kq-da qadın güləşində belaruslu legionerimiz Tatyana Omelçenkonu Elmira Qəmbərova, şosse velosipedində Kərim Şirəliyevi Mikayıl Səfərli əvəzləyib. Bədii gimnastika millimizdə isə yığmamızın bolqarıstanlı baş məşqçisi Mariana Vasilevanın qızı Siyana Vasilevanın zədə üzündən iştirak etməyəcəyi müəyyənləşib.

Siyahıda uzun müddətdən sonra güləşə qayıdan Olimpiya çempionumuz Toğrul Əsgərov da var. O dönüşünü məhz Minskdə rəsmiləşdirəcək. Beləliklə, siyahını təqdim edirik:

Atıcılıq – Emin Cəfərov, Nurlana Cəfərova, Əli Hüseynli (hər üçü stend açıcılığı), Riqina Meftahəddinova (dairəvi stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (hər ikisi güllə atıcılığı)

Badminton – Azmi Kovimuramadhoni

CüdoKişilər: Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq); Qadınlar: Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq)

GüləşSərbəst güləş: Mahir Əmiraslanov (-57 kq), Hacı Əliyev (-65 kq), Toğrul Əsgərov (-74 kq), Cəbrayıl Həsənov (-86 kq), Nurməhəmməd Hacıyev (-97 kq), Cəmaləddin Məhəmmədov (-125 kq); Yunan-Roma güləşi: Sakit Əliyev (-60 kq), Kərim Cəfərov (-67 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti (-130 kq); Qadın güləşi: Mariya Stadnik (-50 kq), Alyona Kolesnik (-57 kq), Elmira Qəmbərova (-62 kq), İrina Netreba (-68 kq), Səbirə Əliyeva (-76 kq)

BoksKişilər: Rüfət Hüseynov (-49 kq), Məsud Yusifzadə (-52 kq), Tayfur Əliyev (-56 kq), Cavid Çələbiyev (-60 kq), Bəxtiyar Qazıbəyov (-64 kq), Lorenso Sotomayor (-69 kq), Kamran Şahsuvarlı (-75 kq), Loren Alfonso (-81 kq), Rahil Məmmədli (-91 kq), Məhəmməd Abdullayev (+91 kq); Qadın boksu: Məryəm Cəbrayılova

Kamandan oxatma – Ozay Qasımova

Velosiped idmanı – Sergey Omelçenko (trek velosipedi), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (şosse velosipedi)

Kanoe – Maria-Lorena Manolike

Karate – Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (-50 kq), İrina Zaretskaya (-68 kq)

Sambo Kişilər: Ağasif Səmədov (-52 kq), Mehman Xəlilov (-57 kq), Cavidan Qarayev (-62 kq), Emil Həsənov (-68 kq), Abdulla Abdullayev (-74 kq), Ceyhun Hüseynov (-82 kq); Qadın sambosu: Gözəl Zutova (-74 kq)

Gimnastika – Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (hamısı bədii gimnastika), İlya Qrişunin, Ruslan Ağamirov (hər ikisi batut gimnastikası), Ruhidil Qurbanlı, Abdulla Əl-Maşeyxi (hərə ikisi akrobatika gimnastikası), İvan Tixonov, Marina Nekrasova (hər ikisi idman gimnastikası).

Qeyd edək ki, iyunun 1-dək adlarda müəyyən dəyişikliklər ola bilər.

Səbuhi MUSAYEV