ÇıxışYolu.Com - “Avroviziya” mahnımıza bir milyon baxış

ÇıxışYolu.Com – “Avroviziya” mahnımıza bir milyon baxış

Baxış sayı: 3. 242 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, müğənni Çingiz Mustafayev bu il Təl-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” beynəlxalq yarışmasında Azərbaycanı “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, mahnıya çəkilmiş klip 8 martda “Youtube”da “Eurovision Song Contest” kanalına yüklənəndən bu günə kimi bir milyondan çox baxış toplayıb.

Klipə 28 mindən çox bəyənmə gəlib. 

Artıq Azərbaycanın “Avroviziya-2019” mahnısını dünyanın ən məşhur musiqi servislərindən biri “Spotify”də dinləmək imkanı var. 

Söz-söhbətlərə səbəb olan rəngarəng klipdə Çingizin suyun altında üzmə kadrları müzakirələrsiz ötüşməyib. 

Qeyd edək ki, bəstənin müəllifləri Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess və Çingizdir.

ÇıxışYolu.Com - “Avroviziya” mahnımıza bir milyon baxış

Rəşad Əliyev