ÇıxışYolu.Com - Ayandan aşıq Namiqə sərt cavab: Səni “peşka” kimi ortalığa atıblar

ÇıxışYolu.Com – Ayandan aşıq Namiqə sərt cavab: Səni “peşka” kimi ortalığa atıblar

Baxış sayı: 2. 578 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ayandan aşıq Namiqə sərt cavab: Səni “peşka” kimi ortalığa atıblar

Özünü göylə aparırsan. Nə olub sənə? Yekə qızsan! Elə bil Ayan Maykl Ceksondur. Kimsən axı sən? Ağıllı ol, adamını tanı. Sakit dururam, əsəbiləşdirir məni.

Bu sözləri Aşıq Namiq yemək fasiləsində müğənni Ayan Babakişiyevaya söyləyib. Onun Ayanla əl-qol ilə danışması qarşı tərəfi cin atına mindirib. Müğənni aşıqa etiraz səsini ucaldaraq, onun cavabını bu cür verib: 

“Sən hamıya xoflu-xoflu baxırsan. Danışığını bilmirsən. Səni digər oyunçular “peşka” kimi ortalığa atdılar”.

“Peşka” sözünü ilk dəfədir eşidən Aşıq Namiq qəzəblənərək Ayanın cavabını verib: 

“Mənə elə geydirmə sözlər demə. Sən mənim yanımda heç kimsən”.

Toqquşan tərəfləri sakitləşdiməyə çalışsalar da, nədənsə Aşıq Namiq sakitləşməyib və dalaşmağa davam edib.

Rəşad Əliyev