Xalq artisti Aygün Kazımova Amerikada çəkdirdiyi “Ehtiyacım var” klipində istifadə etdiyi eynəklərini pərəstişkarlarına bağışlayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Kazımova şəxsi “İnstagram” hesabında elan yayımlayıb:
“Bir çoxları yazır ki, klipinizdəki eynəkləri mənə hədiyyə edin. Sizə mənim qarderobumdakı bütün eynəklər qurbandır. Yazdığınız şərhləri bir-bir oxuyuram. Bu səbəbdən müsabiqə etmək qərarına gəldim. Sizə 3 sualım var:
1) Klipdə neçə kadrda mən yoxam?
2) Klipin hansı yerləri Azərbaycanda çəkilib?
3) Mahnının hansı sözləri mənə daha çox təsir edir?
Bu suallara doğru və tez cavab verən 2 şəxs eynəklərimi məndə hədiyyə alacaq”.
Qeyd edək ki, “Ehtiyacım var” bəstəsini ekranlaşdıran Aygün Kazımovanın klipindəki tərəf müqabili dünya şöhrətli dizayner Rüfət İsmayıl olub.
Rəşad Əliyev