Xalq artisti Aygün Kazımova ölümlə hədələnib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib.
Almaz MTV-də yayımlanan “Üç canlı” verilişində qonaq olarkən hadisənin “Aygün bir gün” adlı solo konsertindən bir gün öncə baş verdiyini söyləyib:
“Aygün Kazımovanı konsertindən əvvəl hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”.
Rəşad Əliyev