ÇıxışYolu.Com - Aygün məşq zamanı yıxılmaq təhlükəsi ilə üzləşdi

ÇıxışYolu.Com – Aygün məşq zamanı yıxılmaq təhlükəsi ilə üzləşdi

Baxış sayı: 3. 814 dəfə baxılıb.

ÇıxışYolu.Com - Aygün məşq zamanı yıxılmaq təhlükəsi ilə üzləşdi

Xəbər verdiyimiz kimi, bu gün Aygün Kazımovanın dəbdəbəli klubların birində konsert proqramı ilə çıxışı gözlənilir. O, hazırda peşəkar rəqqaslarla birgə qızğın məşqlər edir. Məşqlərdən görüntüləri isə müğənni “Instagram” hesabında izləyiciləri ilə paylaşıb. 

ÇıxışYolu.Com xəbər verir ki, konsertinə saatlar qalan Kazımova əzilmək təhlükəsi ilə üzləşib. 

Aygün dikdaban çəkmələri ilə rəqqasın belinə çıxıb oradan səhnəyə tullanan zaman müvazinətini itirib. Lakin ulduzun qollarından tutan rəqqaslar onun köməyinə çatıb. Beləcə, o, düşdüyü çətin vəziyyətdən xəsarətsiz çıxıb.

A. Kazımova “Instagram” hesabının “tarix” bölümündə sözügedən görüntülərə “Məşqdə hər şey olur” sözlərini yazıb.

Rəşad Əliyev