ÇıxışYolu.Com - Aysun: Elə açıq-saçıq fotolar paylaşırlar ki, adam utanır

ÇıxışYolu.Com – Aysun: Elə açıq-saçıq fotolar paylaşırlar ki, adam utanır

Baxış sayı: 2. 863 dəfə baxılıb.

Ötən gün gənc müğənni Aysun İsmayılovanın qonaq qismində qatıldığı verilişlərin birində geyindiyi dərin sinə dekolteli qısa libası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aysunun geyimini ədəbsiz hesab edən izləyicilər onu tənqid atəşinə tutublar.

Aysun İsmayılova məsələ ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verib.

O, açıq geyinməkdə hər hansı məqsədinin olmadığını dilə gətirib:

“Birincisi, bədən quruluşuma çox güvənirəm. İkincisi, belə geyimi özümə yaraşdırıram. Üçüncüsü, məndən də açıq-saçıq geyinən sənətçilərimiz var. Niyə onlar geyinəndə deyirlər ki, nə gözəldir?!

ÇıxışYolu.Com - Aysun: Elə açıq-saçıq fotolar paylaşırlar ki, adam utanır

22 yaşım var. Dəcəl, şıltaq bir qızam. Mən açıq-saçıq paltar geyinəndə niyə pis olmalıyam ki?! Heç vaxt efirə bu cür çıxmamışam, sadəcə, libas hazır olduğundan və canlı efirə gecikməmək üçün bu libası geyinməli oldum. Libasın sinə hissəsi daha açıq idi, onu bir az tikdim. Verilişdə libasımın sinə hissəsini saçlarımla bağladım ki, görünməsin”.

İsmayılova sinəsini cərrahi yolla böyütməsinə dair yayılan şayiələrdən də danışıb:

“İdman etmişəm, bu formaya salmışam. Əvvələr bu dərəcədə idmanla məşğul olmurdum və gözəllik aparatlarından istifadə etmirdim. Özümə baxan bir xanımam. İstəyirəm ki, gözəl bədən quruluşum olsun. Sinəmi göstərmək niyyətim yox idi. Sadəcə, məcburiyyətdən elə alındı.

Əgər əməliyyat etdirsəydim, bunu danmazdım. Bir dəri, bir sümüyəm. Elə geyimlər var ki, tikiliş baxımından bədən quruluşunu daha qabarıq göstərir. Geyindiyim libas da elə idi. Heç bir əməliyyat yoxdur”.

ÇıxışYolu.Com - Aysun: Elə açıq-saçıq fotolar paylaşırlar ki, adam utanır

Aysun anası – müğənni Rəqsanə İsmayılovanın son günlər çəkdirdiyi açıq-saçıq fotolardan da danışıb:

“Biz açıq geyinmirik. Şəhərdə bizdən açıq geyinən qızlar var. Adlarını fotomodel qoyan qızlar “Instagram”da elə açıq-saçıq geyimlərdə fotolar paylaşırlar ki, adam baxanda utanır. Aysun dekolte, Rəqsanə şort geyindisə, aləm dəyir bir-birinə, dünya dağılır?! Bizdən betər geyinənlər var. Mən hər zaman anamı dəstəkləyirəm.

Əgər anam daha açıq geyimdə şəkillər paylaşsaydı, o zaman deyərdim ki, ay ana, bu nədir?! Lakin anam bədənində bir yeri açanda, bir yeri bağlayır. Böyük bir şlyapanı qucaqlayaraq şəkil çəkdirib. Orada qolları, çiyinləri və ayaqları görünür. O fotolarda pis bir şey görmürəm. Bədən ölçüləri yerindədirsə, hər bir sənətçi belə fotolar çəkdirə bilər. Təbii ki, yaraşması çox önəmlidir”.

Rəşad Əliyev