ÇıxışYolu.Com - Azərbaycan alimi ikiarvadlılığı dəstəklədi: “Mən ikinci arvaddan doğulan uşağam”

ÇıxışYolu.Com – Azərbaycan alimi ikiarvadlılığı dəstəklədi: “Mən ikinci arvaddan doğulan uşağam”

Baxış sayı: 1. 870 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan alimi ikiarvadlılığı dəstəklədi: “Mən ikinci arvaddan doğulan uşağam”

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin (Əlihüseynli) “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, sözügedən verilişdə ikiarvadlılıq mövzusu ətrafında söhbət açılıb.

Rusiyadan qızının atasının arxasınca gələn Svetlana adlı rus qadının ailə dramı müzakirəyə çıxarılıb. Svetlananın axtardığı Yusifin isə xalası qızı ilə evli olduğu ortalığa çıxıb. Ekspert qismində iştirak edən fəlsəfə doktoru S.Tağıyev verilişdə “Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar” deməsi tamaşaçılar tərəfindən etirazla qarşılanıb.

O, dilə gətirdiyi sözlərlə ikiarvadlılığı dəstəkləmiş olub. Canlı efirdə tamaçıların hay-küyünü görən alim ailəsi haqqında ağılları qarışdıracaq açıqlamalar verib:

“İki arvadla yaşayan azərbaycanlı kişilər az olub? Bu da bunlardan biri. Lap yaxşı, Allah xoşbəxt etsin. Mənim atamın iki arvadı olub. Mən ikinci arvaddan doğulan uşağam. Nə olub? Göydən daş düşməyib ki?”

Alimin bu sözləri proqramın aparıcısı Xoşqədəm Hidayətqızını heyrətləndirib. Sosial şəbəkə əhli isə fəlsəfə doktoru Sabir Tağıyevin bu fikirlərinin yanlış olduğunu yazaraq, onu tənqid ediblər.

Rəşad Əliyev