Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti II Avropa Oyunlarında bürünc medal qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı pəhləvanımız üçüncü yer uğrunda görüşdə norveçli Oskar Marvikə qalib gəlib – 3:2.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması bu yarışı iki medalla başa vurub. Daha əvvəl İslam Abbasov (-87 kq) gümüş medala sahib olub.
Bu, Azərbaycanın 26-cı medalı olub.
15.02
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov II Avropa Oyunlarında gümüş medalla kifayətlənib.
ÇıxışYolu.Com-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub – 1:3.
İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi – 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.
Səbuhi MUSAYEV