ÇıxışYolu.Com – Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

Baxış sayı: 3. 510 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.

ÇıxışYolu.Com xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.

19:59

Azərbaycan qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.

ÇıxışYolu.Com xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə həmyerlisi ukraynalı Oksana Livaçla üz-üzə gəlib və ona 7:1 qalib gəlib.

Azərbaycanın daha bir qadın güləşçisi “Minsk 2019”da medal qazanıb.

57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub.

Bu gün həmçinin Elmira Qəmbərova final və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər – Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl medal əldə edə bilib. 

Səbuhi Musayev