Çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin ikinci günündə Azərbaycan cüdoçusu Çin Qran-Prisinin qızıl medalını qazanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.
Bildirilib ki, 73 kq dərəcəsində mübarizə aparan cüdoçu Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlib. O, Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşıb.
Rəqibini “ippon” təmiz qələbə ilə udan H.Heydərov Bakı “Böyük Dəbilqə”sindən iki həftə sonra Çin Qran-Pri yarışının baş mükafatını qazanıb.
Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə altı cüdoçu ilə təmsil olunur.