Milli Olimpiya Komitələrinin Assosiasiyasının Qətərin paytaxtı Dohada keçirdiyi I Dünya Çimərlik Oyunlarının üçüncü yarış günündə Azərbaycan öz hesabına gümüş və bürünc medal əlavə edib.
ÇıxışYolu.Com xəbər verir ki, qadınlar arasında triatlonun akvatlon növündə fərdi çıxış edən Kseniya Levkovskaya 30:03 nəticə ilə gümüş medal qazanıb.
Bu yarışda ən yaxşı nəticəni ispaniyalı Fransiska Tous (29:38) əldə edib. Bürünc medala isə Rumıniyanı təmsil edən Antoanela Manak (30:17) yiyələnib.
Eyni idman növündə kişilər arasında çıxış edən Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Kevin Tarek Vinuelas (26:22), gümüş medalı isə Macarıstan təmsilcisi Mark Devay (26:29) qazanıb.
Qeyd edək ki, Avropa çempionatının dördqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi oktyabrın 12-də 24.30 nəticə göstərərək birinci mərhələni keçsə də, ikincidə mübarizəni dayandıraraq medalsız qalıb.
Səbuhi Musayev