ÇıxışYolu.Com – Azərbaycan məktəbliləri türklərə şərf hədiyyə etdi

Baxış sayı: 2. 699 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan məktəbliləri türklərə şərf hədiyyə etdi

Türkiyə ilə Azərbaycan məktəbliləri arasında maraqlı layihə gerçəkləşib.

ÇıxışYolu.Com xəbər verir ki, məktub qardaşlığı layihəsi çərçivəsində Bakının 47 nömrəli tam orta məktəbinin 2C sinif şagirdləri Ankara Mamak Ali Kuşçu məktəbinin 2D sinif şagirdlərinə hədiyyələr göndərib.

Hədiyyələr içərisində şar, bayraq və “Qarabağ” klubuna məxsus şərflər olub. Daha sonra türkiyəli şagirdlər “Bir millət, iki dövlət, hər ikisi cümhuriyyət” sözləri üstündə bədahətən rep söyləməyə başlayıb.

Qeyd edək ki, bir müddətdir Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə sözügedən sinif şagirdləri arasında bu layihə gerçəkləşdirilir. Layihə ötən ilin dekabrından başlayıb. Bu layihə çərçivəsində iki ölkənin adları çəkilən məktəb siniflərinin şagirdləri məktublaşırlar.

Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin, Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir. 

Səbuhi MUSAYEV