Azərbaycana yay fəsli daxil olub.
ÇıxışYolu.Com xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, yaz fəsli iyunun 21-i Bakı vaxtı ilə saat 19:54-də yay fəsli ilə əvəzlənib.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirib və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olub. Həmin an qısa gecə və uzun gündüz qeydə alınıb.