Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, aparıcı qəza zamanı yüngül xəsarət alıb.
Məlumatlara görə, S.Cahidin səhhətində ciddi problem yoxdur. Qəza zamanı avtomobilə ziyan dəyib.
Saytımıza açıqlama verən S.Cahid bildirib ki, hazırda özünü yaxşı hiss edir:
“Bədənimin müxtəlif nahiyələrində yüngül əzilmələr var. Hadisə Babək prospektində qeydə alınıb. Sürətli yolda qəfil idarəetməni itirdim və hadisə baş verdi”.
Qeyd edək ki, Sayqa Cahid ARB TV-də aparıcılıq edir.
Sevinc Yasinqızı