ÇıxışYolu.Com - Azərbaycanda bankdan yarım milyon pul oğurlandı

ÇıxışYolu.Com – Azərbaycanda bankdan yarım milyon pul oğurlandı

Baxış sayı: 3. 320 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanda bankdan yarım milyon pul oğurlandı

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib. 

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb. 

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.