“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Azərbaycanda Dəniz Kuboku keçiriləcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bakıda keçiriləcək Dəniz Kubokunda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin ekipajları iştirak edəcəklər.
Dörd Xəzəryanı ölkənin nümayəndələri 2019-cu il 3-17 avqust tarixlərində yarışacaqlar.
Qeyd olunur ki, beynəlxalq oyunlar çərçivəsində 10 ölkənin (Azərbaycan, Rusiya, İran, Hindistan, Çin, Qazaxıstan və digər ölkələr) ərazisində 32 müsabiqə keçiriləcək.