ÇıxışYolu.Com - Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu

ÇıxışYolu.Com – Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu

Baxış sayı: 1. 939 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu

Azərbaycan vətəndaşı Rusiyanın Həştərxan vilayətində törətdiyi qəzaya görə hakim qarşısına çıxacaq.

ÇıxışYolu.Com-ın xəbərinə görə, “Tambov-Volqoqrad-Astraxan” magistralının 1301-ci kilometrliyində “Dodge Nitro” və “Toyota Ipsum” markalı avtomobillərin toqquşması nəticəsində 35 yaşlı Qazaxıstan vətəndaşı həyatını itirib.

Qəzanı törətməkdə şübhəli bilinən 24 yaşlı azərbaycanlı və onun avtomobilində olan 45 yaşlı sərnişin yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

İstintaq şöbəsinin müstəntiqi Maksim Əliyev bildirib ki, azərbaycanlının günahını sübut edən bütün faktlar toplanaraq məhkəməyə göndərilib.

Günel Murad