Əslən azərbaycanlı, Türkiyədə yaşayıb, orada aktrisalıq fəaliyyəti ilə məşğul olan Nəsrin Cavadzadə “Aşk tesadüfleri sever 2” filminin qala gecəsində “Maqazin D”yə verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, cazibədar aktrisa jurnalistin “Hansı tip bəylər sizin diqqətinizi çəkir?” sualına yarı zarafat, yarı gerçək cavab verib.
“Diqqətimi çirkin və cazibədar bəylər çəkir. Çəkici amma yaraşıqlı olmayan kişiləri bəyənirəm. Düşünürəm ki, kişilərdə yaraşıqlılıq bir az ürkütən məqamdır. Nənəm həmişə mənə deyərdi ki, ərin meymundan bir az yaraşıqlı olsa, yetərlidir. Onun sözlərini qulağımda sırğa etmişəm”.
Qeyd edək ki, Nəsrinin son işi bu günlərdə premyerası keçirilən “Aşk tesadüfleri sever 2” filmidir.
Cavadzadə sözügedən ekran əsərində baş rolda çəkilib.
Rəşad Əliyev