ÇıxışYolu.Com - Azərbaycanlı aktrisanı “Mən homofobam” şüarına görə linç etdilər

ÇıxışYolu.Com – Azərbaycanlı aktrisanı “Mən homofobam” şüarına görə linç etdilər

Baxış sayı: 2. 445 dəfə baxılıb.

ABŞ Pediatrlar Kollecinin prezidenti, həkim Mişel Kretellanın transgender ideologiyası, cinsiyyət dəyişikliyi, LGBT şəxsiyyət, ayrıseçkilik, zorakılıq və qeyri-ənənəvi yönümlü insanların qarşılaşdığı təzyiq mövzularına dair yazdığı məqalə rezonansa səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, “Videozavr”ın boşanmış qadınlar və məişət zorakılığı mövzusunda çəkilmiş sosial qısametrajlı filmində baş qəhrəman rolunu oynayan Sənurə Cəfərova özünün “Facebook” səhifəsində həkimin yazdığı məqaləyə qalmaqallı şəkildə münasibət bildirib.

Sənurənin yazdığı status rezonansa və izləyicilərin qəzəbinə səbəb olub. O, “Mən homofobam və qürurlu səslənir!” şərhini yazıb.

Sosial mediada isə onun yazdığı şərhə “Qoy onun kimi olanlar ölsün!”; “Qoyun Afrikada da qoyundur!” cavabı yazılıb. Bir sözlə, aktrisanın bu kəlmələri ona baha başa gəlib. İzləyicilər Sənurə Cəfərovanı sosial şəbəkədə linç ediblər.

Sənurənin LGBT üzvlərinə qarşı yazdığı xoşagəlməz sözlər Səməd İsmayılov adlı “Facebook” istifadəçisini özündən çıxarıb. Onun Sənurəyə cavabı tərəflər arasında söz savaşına səbəb olub.

Aktrisa qarşı tərəfi nalayiq və biədəb söyüşlərlə təhqir edib. Yazılanları “screen” edən Səməd “Facebook” hesabında paylaşaraq, “Qoy yerində otursun və vaynlarını çəkməkdə davam etsin!” şərhi ilə məsələyə nöqtə qoyub.

Rəşad Əliyev