ÇıxışYolu.Com – Azərbaycanlı çeçen döyüşçünü nokauta göndərdi

Baxış sayı: 2. 847 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı çeçen döyüşçünü nokauta göndərdi

Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb. 

Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb. 

Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin “Ahmat” klubunu təmsil edir.

T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə. Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.