ÇıxışYolu.Com – Azərbaycanlı polis mayoru növbəti qələbəsini qazanıb

Baxış sayı: 3. 384 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı polis mayoru növbəti qələbəsini qazanıb

Azərbaycanlı polis mayoru İlkin Səfərov qaydasız döyüşdə növbəti qələbəsini qazanıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, 38 yaşlı Səfərov Belarus Döyüş Çempionatında (Belarusian Fighting Championship) yerli idmançı Pavel Tryatikovla qarşılaşıb.

93 kq çəki dərəcəsində gedən döyüşdə idmançımız qalib gəlib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşı olan İlkin Səfərov MMA-da dörd döyüş keçirib. Onlardan üçündə qalib gəlib.

Səbuhi MUSAYEV