Rusiyanın Duminiçski rayonunda Azərbaycan vətəndaşı qonşusunu bıçaqlayıb.
Pressa40.ru-nun xəbərinə görə, sərxoş vəziyyətdə qonşusu ilə mübahisə edən 51 yaşlı azərbaycanlı ona iki bıçaq zərbəsi endirib.
Məhkəmədə o, zəruri müdafiə vəziyyətində olduğunu iddia edərək günahını qismən etiraf edib.
Apellyasiyaya müraciət edərək cəzasının yüngülləşməyini istəsə də, istəyi qəbul edilməyib və o, üç il müddətinə azadlıqdan məhrum edilib.