Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.
ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Ağasif Səmədov (-52 kq) finalda dünya çempionu erməni idmançısı Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Bununla bu, Azərbaycanın yeddinci medalı olub. Olimpiya millimiz daha əvvəl iki gümüş və dörd bürünc medal qazanmışdı.
13:36
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu finala çıxıb.
ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, idmançımız Ağasif Səmədov (-52 kq) belaruslu rəqibini məğlub edərək finalda erməni Tiqran Kirakosyana rəqib olub.
Qeyd edək ki, bu gün daha bir samboçumuz Abdulla Abdullayev (-74 kq) də təsəlliverici yarışda erməni rəqibi ilə güləşəcək.
13.19
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu erməni idmançısına rəqib olub.
ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Ağasif Səmədov (-52 kq) 1/4 finalda litvalı rəqibini 5:0 məğlub edərək yarımfinala çıxıb.
Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub.
Cavidan Qarayev (-62 kq) yunan rəqibinə məğlub olub. O, təsəlliverici yarışda estoniyalı Vadim Fominlə qarşılaşacaq.
Abdulla Abdullayev (-74 kq) ilk görüşündə xorvatiyalı rəqibinə uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Arsen Qazaryana rəqib olub.
Səbuhi MUSAYEV