Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.
Hadisə iyunun 15-də yerli vaxtla saat 20:05-də qeydə alınıb.
Belə ki, 44 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi “Mercedes” markalı avtomobillə 77 yaşlı Lyubov Rassıxinanı vurub. Qadın hadisə yerində keçinib.
Qeyd edək ki, L.Rassıxina Lvovun “Karpat” komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşıdır.
Ölən qadının gimnastika üzrə beynəlxalq dərəcəli hakim olduğu bildirilib.