ÇıxışYolu.Com - “Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama

ÇıxışYolu.Com – “Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama

Baxış sayı: 3. 481 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama

Babek prospektində magistral su xəttində qəza olub. 

Bu barədə ÇıxışYolu.Com-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, qurum əməkdaşları hadisə yerinə cəlb edilib: 

“Sözügedən ərazidən bir neçə magistral xətt keçir. Həmin xətlərdən birində qəza baş verib. Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.

17.35

Bakının Babək prospektində su borusu partlayıb. 

ÇıxışYolu.Com-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb. 

Borunun partlaması həmin yolda nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

K.C.