Bakının Xətai rayonu, Sadıqcan küçəsində kanalizasiyanın yaşayış binasının zirzəmisinə axıdılmasının qarşısı alınacaq.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, artıq əraziyə xüsusi texnika cəlb edilib:
“Sözügedən bina yarımçıq tikilidir və orada məcburi köçkünlər məskunlaşıb. Demək olar ki, oradakı kanalizasiya xətləri vətəndaşlar tərəfindən çəkilib. Nəticədə, normal kanalizasiya sistemi qurulmayıb. Ona görə də orada tutulmalar olur, xətlər qırılır. Artıq Xətai Rayon Su-kanal İdarəsi tərəfindən ərazidə əsaslı işlər görüləcək”
Qeyd edək ki, ötən gün Xətai rayonu, Sadıqcan küçəsində yerləşən binanın sakinləri oranın kanalizasiyasının zirzəmiyə axıdılması ilə bağlı ÇıxışYolu.Com-ın redaksiyasına videogörüntü göndəriblər.
Binada 250-yə yaxın ailə yaşayır.
İlhamə Əbülfət