ÇıxışYolu.Com - Azad Şabanov: Müəllimimin ərinin məsləhət gördüyü qızla evləndim

ÇıxışYolu.Com – Azad Şabanov: Müəllimimin ərinin məsləhət gördüyü qızla evləndim

Baxış sayı: 2. 171 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azad Şabanov: Müəllimimin ərinin məsləhət gördüyü qızla evləndim

Müğənni Azad Şabanov həyat yoldaşı Toma ilə tanışlığı ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib.

ÇıxışYolu.Com xəbər verir ki, müğənni “Fatehin divanı” proqramında həyat yoldaşı ilə musiqi müəlliminin vasitəsilə tanış olduğunu açıqlayıb.

“Keçən ilin yayında nədənsə azad həyat yaşamaqdan bezmişdim. Konkret olaraq evlənmək istəyirdim, nədənsə alınmırdı. Bir musiqi müəllimimin evinə gedərkən gördüyüm bir xanım xoşuma gəldi.

Müəllimimdən o xanım barədə maraqlandım. Amma bir həftə sonra müəllimim həmin qızı deyil, başqa xanımı mənə məsləhət bildi. Təkidlə öncə gördüyüm qızı soruşsam da, müəllim razılıq vermədi. Müəllim dedi ki, həyat yoldaşı o xanımla maraqlanıb, xanımlardan başı çıxır, onun zövqü yaxşıdır.

Onun dediyini etməyimi və həmin xanımı seçməyimi söylədi. Bir ay sonra müəllimimin məsləhət gördüyü xanımla tanış oldum. Axırda da belə alındı”, – deyə Azad Şabanov bildirib.

Qeyd edək ki, Azad Şabanov noyabrın 11-də Toma adlı xanımla evlənib.  Müğənninin toyu mediaya qapalı olub.

Sevinc Yasinqızı