Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, Azadlıq prospektində hərəkətdə olan “Jeep” markalı minik avtomobili işıqforun qırmızı işığına məhəl qoymaraq yoluna davam edib.
Bu zaman o, Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığı ilə hərəkətdə olan və Məmmədov Rəşad Əlisahib oğlunun idarə etdiyi “Toyota Prado” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində “Toyota”-da olan sərnişin, 29 yaşlı Bəhram Rzayev xəsarət alıb.
Əraziyə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu