ÇıxışYolu.Com – Azarkeşlər çağırış etdi: Bakını kəşf et!

Baxış sayı: 4. 864 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azarkeşlər çağırış etdi: Bakını kəşf et!

Baku TV UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı videoçarx hazırlayıb.

Videoçarxda “Barselona”, “Yuventus”, “Arsenal”, “İnter”, “Milan” kimi komandaların Azərbaycandakı fan klubları dünya futbol azarkeşlərinə “Bakını kəşf et. O buna dəyər!” şüarı ilə çağırış edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında iki London komandası “Arsenal” və “Çelsi” qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Oyunu italiyalı referi Canluka Rokki idarə edəcək.

Sail Ağasəlim

Operatorlar: Hüseyn Həsənov, Valeh Arifoğlu, Orxan Hüseynzadə

Montaj: Nurlan Nur