Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.
Xezerxeber.az-ın məlumatına görə, ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb, hətta qazılan quyulardan neft də çıxıb.
Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.
Bu da həmin qapadılan quyulardan biridir. Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələdək kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.
Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, quyunun qorunmasına xüsusi diqqət yetirilir.
Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.